KANAL24.AZ
Az Iw En Ru

İNANILMAZ: Köpək balığı erkəksiz balaldı

Heyvanat aləmində inanılmaz və qeyri-adi hadisə baş verib. Dişi köpək balığı erkəklə cütləşmədən balasını özü mayalandırmağa nail olub.

Leonie adlı zebra köpək balığı (Stegostoma fasciatum) sonuncu dəfə 1999-cu ildə Avstraliyanın Tounsville şəhərindəki akvariumlardan birində erkək tərəf müqabili ilə cütləşib. Bu cütləşmədən çox sayda bala dünyaya gəlib. Ancaq 2012-ci ildə erkək köpək balığı başqa bir akvariuma köçürülüb. Bu ayrılıqdan sonra Leonienin hər hansı bir erkək növlə təması olmayıb. Lakin 2016-cı ilin əvvəllərində bu dişi köpək balığı üç bala dünyaya gətirib.

Tədqiqatçılar bu qəribə və maraqlı hadisənin səbəblərini araşdırmağa başlayıblar. Mövcud ehtimallardan biri belədir: Leonienin son cütləşməsindən sperma yığılıb qalıb və yumurtaları mayalandırıb. Ancaq maraqlısı odur ki, genetik testlər balaların yalnız anadan gələn DNT-ni daşıdıqlarını göstərir. Bu isə balaların aseksual artma nəticəsində dünyaya gəldikləri mənasını verir.

Bəzi onurğalı növlər (bəzi köpək balığı növləri, hind quşu, ilanlar və siçanlar) normalda seksual artım etsələr da, aseksual artma xarakterinə də malikdir. Lakin cütləşmə ilə artan dişilərdə erkəksiz balalamaq faktına az hallarda rast gəlinir. 

 
 
 

06:34 11.02.2017