KANAL24.AZ
Az Iw En Ru

Əfsanəvi qapıçı “Bavariya”ya qayıdır

Almaniya futbolunun canlı əfsanəsi Oliver Kan doğma komandası "Bavariya"ya qayıda bilər.

Keçmiş qapıçı Münhen klubundan təklif alıb.

Belə ki, "Bavariya" rəhbərliyi Kana klubun idman direktoru vəzifəsini təklif edib. Almanlar ilk olaraq mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan Filipp Lamı bu posta gətirmək niyyətində idilər. Lakin Lam buna razılıq vermədiyindən, "Bavariya" Kanla danışıqlara başlayıb.
 
Qeyd edək ki, Oliver Kan 1994-2008-ci illərdə "Bavariya"nın qapısını qoruyub.


06:17 11.02.2017