KANAL24.AZ
Az Iw En Ru

Qidaların beynimizə inanılmaz təsiri

Araşdırmalar göstərib ki, qidaların tərkibindəki maddələr orqanizmdəki hormonların səviyyəsini dəyişdirərək özümüzü xoşbəxt və ya kədərli hiss etməyimizə səbəb olurlar.

Qızılbalıq: 

omeqa-3

Yağ turşuları ilə zəngin olduğu üçün depressiyaya qarşı təsirlidir.

Banan, ananas və şokolad

Bu qidalar serotonin səviyyəsini artırdığı üçün xoşbəxtlik bəxş edir.

Yerkökü

Antioksidantlarla zəngindir. İnsanın özünü rahat və sağlam hiss etməsinə səbəb olur.

Balqabaq tumu, göy-göyərti və badam

Ehtiva etdikləri maqnezium sayəsində insanı sakitləşdirirlər.

Cəfəri

Orqanizmi toksinlərdən təmizlədiyi üçün yorğunluğu, halsızlığı aradan qaldırır.

Bütövdənli buğdadan hazırlanmış qidalar, günəbaxan tumu

Kaliumla zəngin qidalar stressi azaldır.

Kartof, gülkələmi, portağal və yumurta

B1 vitamini ilə zəngin olan qidalar özünə inamı artırır. Belə qidalar yeyən insanlar asanlıqla social əlaqələr qururlar.

Pomidor

Xromla zəngin olduğu üçün insanda həyata həvəs oyadır, istəksizliyi aradan qaldırır.

Brokkoli

Enerjili hiss etdirir.


15:16 10.02.2017
Xəbər lenti
Bütün xəbərlər