KANAL24.AZ
Az Iw En Ru

Elmi təsbit: ər-arvad davası kökəldir

Həyat yoldaşınızla dalaşmaq sadəcə ruhunuzu yormur, eyni zamanda kökəlmənizə səbəb olur. Evliliyi boyunca tez-tez dalaşan və yüksək səslə danışan cütlüklərin ildə təxminən 5.5 kiloqram aldığı ortaya çıxıb.
 
Keçmişdə depresiyya keçirmiş və yoldaşı ilə dalaşmaq məsələsində həssas olan cütlüklərin bu haldan daha çox təsirləndiyi və daha az kalori yandırdığı ortaya çıxıb. Belə cütlüklərdə insulin səviyyəsi daha yüksəkdir və bu da bədəndə daha çox yağ toplanmasına, triliseridlərin yüksək olmasına səbəb olur.
 
Ohio universitetinin araşdırmaçıları bu məsələyə görə ruhi problemlərin müalicəsinin əhəmiyyətinə diqqət çəkiblər. Daha əvvəlki araşdırma zamanı da stressli qadınların gündə 100 kalori daha az yandırdığı müəyyən olunmuşdu.
 
Həyat yoldaşı ilə dalaşmaq ürəyə də mənfi təsir edir

06:16 10.02.2017
Xəbər lenti
Bütün xəbərlər