KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda tikilən ən böyük məscid

Prezident İlham Əliyevin “Bakı şəhərində yeni məscid kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2012-ci il 18 avqust tarixli Sərəncamı ilə Bakının Binəqədi rayonu ərazisində inşa olunan yeni məscid kompleksinin tikintisi sürətlə davam edir.

Hazırda məsciddə minarələr üzərində tamamlanma işləri aparılır. Tikilinin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənir. Dörd minarənin hər birinin hündürlüyü 72 metr, baş günbəzin hündürlüyü 55 metr, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaq. Məscidin əsas ibadət salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan salon isə təqribən 350 kvadratmetr nəzərdə tutulub. Məscidin ətrafındakı zeytun bağı ərazisində müasir standartlara uyğun parkın salınacağı da planlaşdırılıb./İnteraz/


23:31 13.10.2014
Xəbər lenti
Bütün xəbərlər