KANAL24.AZ
Az Iw En Ru

Əsəd silahlı müxalifətlə əlaqələrə hazırdır - Rusiya açıqladı

Suriya prezidenti Bəşər Əsəd silahlı müxalifətin nümayəndələri ilə əlaqələrə hazırdır.

 “İnterfaks” agentliyinə istinadən xəbər veririk ki, bu haqda Rusiya Dövlət Dumasının üzvü Dmitri Sablin jurnalistlərə deyib.

“Bugünkü görüşümüzün gedişatında prezident vurğulayıb ki, müxalifətin bütün nümayəndələri, həmçinin silahlı müxalifətlə əlaqələrə və güzəştlərə hazırdır”, - deyə Bəşər Əsədlə danışıqların nəticəsinə görə Sablin bildirib.

Parlament üzvünün sözlərinə görə, prezident silahlı müxalifətin nümayəndələri ilə birbaşa danışıqların mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, Suriya üzrə Astana danışıqların son iclası fevralın 6-da keçirilib. Növbəti iclasın 15-16 fevral tarixlərində keçirilməsi planlaşdırılıb.


22:59 08.02.2017
Xəbər lenti
Bütün xəbərlər