KANAL24.AZ
Az Iw En Ru

Türkiyə növbəti hədəfini açıqladı: xüsusi təyinatlılar hərəkətə keçir - VİDEO

“Suriyada bundan sonrakı hədəf Rakka əməliyyatıdır. Xüsusi təyinatlılardan istifadə edə bilərik”.

Türkiyə mediasına istinadən xəbər veririk ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyri ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Dünən gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığının çox faydalı keçdiyini deyən Mövlud Çavuşoğlu İŞİD-lə mübarizənin iki ölkənin ortaq hədəfi olduğunu qeyd edib.

“İŞİD üçün 3 strateji şəhər var. Bunlar Suriyanın Əl Bab və Rakka şəhərləri, İraqda isə Mosul şəhəridir. Əl Bab əməliyyatının tezliklə tamamlanması lazımdır. Bundan sonrakı hədəf Suriyada Rakka şəhəridir. Bu əməliyyatda xüsusi təyinatlılardan istifadə edə bilərik”, - deyə Türkiyə xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Səudiyyə Ərəbistanının xarici işlər naziri isə terrorla mübarizə mövzusunda Türkiyə ilə razılıq əldə etdiklərini söyləyib.

 




22:39 08.02.2017
Xəbər lenti
Bütün xəbərlər