KANAL24.AZ
Az Iw En Ru

"Barselona" apellyasiya şikayəti edəcək

"Barselona" rəhbərliyi İspaniya Kubokunun yarımfinalında "Atletiko Madrid"ə qarşı cavab görüşündə Luis Suarezin meydandan qovulması ilə razılaşmır.

Katalonlar onun 90-cı dəqiqədə aldığı 2-ci sarı vərəqədən apellyasiya şikayəti verəcəklər.

"İkinci sarı vərəqə sadəcə gülməlidir. Həmin epizodda heç nə etməmişdim. Ümid edirəm, klub bu məsələnin üstünə düşəcək", - uruqvaylı hücumçu matçdan sonra bildirmişdi.

 

Qeyd edək ki, ümumi nəticədə 3:2 hesabıyla qalib gələn "Barcelona" kubokun finalına vəsiqə qazanıb.


22:15 08.02.2017
Xəbər lenti
Bütün xəbərlər