KANAL24.AZ
Az Iw En Ru

Çingiz Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi

Prezident İham Əliyev Ç.S.Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsin (ölümündən sonra)".


00:26 08.02.2017
Xəbər lenti
Bütün xəbərlər