KANAL24.AZ
Az Iw En Ru

Adıgözəl Məmmədov: “Əgər bu məsələ Azərbaycanı Rusiya ilə qarşı-qarşıya gətirmək niyyəti güdürsə, burada bir az ehtiyyatlı olmağımız gərəkir”

“Rusiyaya qarşı konstruktiv tələblərlər varsa və bu bizim milli maraqlar baxımından istənilirsə, bunu biz diplomatik kanallar vasitəsi ilə gündəmdə saxlamalıyıq”.

Bunu Kanal24-ə açıqlamasında Siyasi Portretologiya Mərkəzinin rəhbəri, politoloq Adıgözəl Məmmədov AŞPA-nın Rusiyaya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü tələbdən danışarkən deyib.

Onun sözlərinə görə, bu məsələ tələ də ola bilər: “Əgər bu məsələ AŞPA tərəfindən ortalığa atılıb imiyasiya üçün və ya bizi bir maşa kimi istifadə edib, Azərbaycanı Rusiya ilə qarşı-qarşıya gətirmək niyyəti güdürsə, burada bir az ehtiyyatlı olmağımız gərəkir. Çünki Dağlıq Qarabağ problemi bu günün problemi deyil, bu düyünün açılmamasında avropa faktorlarının da böyük rolu var əslində. Ona görə də, biz hər cəbhə də, oz torpağlarımızın azadlığı istiqamətində iş aparmalıyıq. Əgər bu problemin tarixi ədalət baxımından həllində kim bizim yanımızda yer alırsa, biz bu dövlətlərlə yaxınlıq etməliyik”.


23:07 02.02.2015
Xəbər lenti
Bütün xəbərlər