KANAL24.AZ
Az Iw En Ru

Rəis Rəsulzadə mətbuatı qınadı…

“Məhəmməd Əmin Rəsulzadənin məzarının Bakıya gətirilməsi ilə bağlı məsələ heç vaxt gündəmdə olmayıb”.

Bunu Kanal24-ə açıqlamasında dahi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, dünya şöhrətli rəssam Rəis Rəsulzadə 31 yanvar Məhəmməd Əmin Rəsulzadənin doğum gününün bir sıra mətbuatın işıqlandırması və babasının məzarının Bakıya gətirilməsindən danışarkən deyib.

Onun sözlərinə görə, bir neçə il bundan qabaq cumhuriyyəti qurmuş bütün liderlərin hamısının məzarının Bakıya gətirilməsi və bir yerdə dəfn edilməsi haqqında bir kəlmə söz deyilmişdi: “Amma həmin kəlmə elə ordaca deyildi və unuduldu. Hesab edirəm ki, bu məsələ zamanla öz həllini tapacaq. Sadəcə zamana ehtiyacımız var. Bu gün M.Ə. Rəsulzadənin məzarının Bakıya gətirilməsindən sadəcə partiya sədrləri danışır. Rəsulzadə yalnız partiya sədrlərinə aid deyil axı. Çünki Rəsulzadə bütün Azərbaycana və türk dünyasına aidddir. Sadəcə mən bu məsələyə ciddi yanaşılmasını istəyirəm. Mənə təsir edən odur ki, Məhəmməd Əmin Rəsulzadə kimi şəxsiyyət il boyu cəmi iki dəfə mətbuatın yadına düşür və onu həmin o iki gündə gündəmə gətirirlər. Bu bir yanvarın 31-i onun doğum günündə və 28 may tarixində olur. İlin bütün ayları və günlərində isə Məhəmməd Əmin Rəsulzadə bir dəfə də olsa xatırlanmır. Əgər siz mətbuat nümayəndələrinin canı həqiqətən də yanırsa, nə üçün bütün ilin məhz iki günündə Məhəmməd Əmin Rəsulzadəni xatırlayırsız? Bu isə məsələyə və bir şəxsiyyətə qarşı qeyri ciddi yanaşılmadır. Ona görə də, hesab edirəm ki, bu məsələyə ciddi yanaşılmalı və bunun həlli yollarını axtarmaq lazımdır. Çünki bu məsələ olduqca mühüm məsələdir və elə belə sıradan bir məsələ deyil. Düşünürəm ki, mətbuatda Məhəmməd Əmin Rəsulzadə haqqında mütəmadi yazılar dərc etmək lazımdır. Yalnız onun doğum günündə və 28 mayda deyil. Ona görə də, Məhəmməd Əmin Rəsulzadənin məzarının vətənə gətirilməsi bu gün mətbuatdan asılıdır. Mətbuat bu yolda gərəkən addımları atarsa, o zaman Məhəmməd Əmin Rəsulzadənin məzarının vətənə gətirilməsi də, tədricən öz həllini tapacaq”.


Müəllif: Ülkər Musazadə
07:48 01.02.2015
Xəbər lenti
Bütün xəbərlər