KANAL24.AZ
Az Iw En Ru

Belorusiya və Rusiya qarşıdurması kimin layihəsidir?

“Əgər Rusiya ilə ticarət müharibəsi davam edərsə, Belarusiya Avrasiya İqtisadi İttifaqını tərk edəcək”. Bunu Belarusiya Respublikasının prezidenti Aleksandr Lukoşenko mətbuat könfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Avrasiya ittifaqı bir aydır ki, fəaliyyətə başlayıb. Amma bu gün onu artıq bir üzvü həmin ittifaqə tərk etmək niyyətindədir: “Mən əmin oldum ki, Avrasiya İqtisadi İttifaqı imkanları genişləndirmək deyil, tam olaraq, mövcud imkanları məhdudlaşdıran bir ittifaqdır. Bu gün Belarusiya dövlətinə manevrlər etmək üçün imkanlar lazımdır”.

Məlum olduğu kimi bu ilin sonu, yəni noyabr ayında Belarusiyada prezident seçkilərinin keçirilməsi gözlənilir. Bu məqamda isə təbii ki, Lukoşenkoya qərbin dəstəyi hava-su kimi lazımdır. Ona görə də, belarusiya tərəfindən arzu olunan dəstəyə Rusiyanın təsirini azaltmaq üçün Rusiyanın təsirini elə bu başdan alçaq ölçüdən götürməkdədir. Bundan əlavə Lukaşenko görünüşə görə, Rusiya ilə müharibəyə hazırlaşır. O artıq birdən ölkəyə başqa dövlətlərin qoşunlarının müdaxilə etməsini, yəni “yaşıl insanların” soxulmasının qarşısını almaq məqsədi ilə silahlı qüvvələrin tam hazır vəziyyətə gətirilməsi ilə bağlı əmr də verib. Bu da o deməkdir ki, Lukoşenko Avrasiya ittifaqından çıxdığı təqdirdə Rusiyanın hücum edə biləcəyi ehtimalını zərərsizləşdirməyə hazırlaşır. Deyəsən Avrasiya iqtisadi ittifaqı yalnız Ermənistanda bir birlik kimi ciddi qəbul edilir. Amma erməni də, Avrasiya İqtisadi İttifaqının nə ilə və necə yeyildiyinin fərqində belə deyil. Misal üçün bu yaxınlarda Ermənistan və İranın XİN başçılarının mətbuat konfransında jurnalistlərdən biri Eduvard Nalbandyandan “Ermənistan Avrasiya İttifaqına daxil olduqdan sonra İranla necə ticarət edə biləcək?”-deyə soruşmuşdu. E. Nalbandyan isə elə o zaman Avrasiya İqtisadi İttifaqına Ermənistanın yenicə daxil olduqlarını və şərtlərin hələ tam məlum olmadığını demişdi.

Belarusiyaya gəlincə isə, bir daha təkrar edək ki, əgər Lukoşenko Qərbin dəstəyini hiss edərsə, Avrasiya İqtisadi İttifaqını tərk edəcəyi məsələsi böyük ehtimalla reallaşacaq. Gözlənilən Belarus-Rusiya qarşıdurmasını ən çox Ukraynanın gözləməsini də etiraf etmək gərəkir. Ukrayna prezidenti V. Poroşenko Rusiyanın nəzərinin Ukrayna üzərindən çəkilməsi üçün yeni qığılcımın süni də olsa yaradılmasının tərəfdarıdır. Onu da qeyd etmək yerinə düşər ki, hazırda Rusiyanın zərərsizləşdirilməsi planını sonlandırmaq üçün Keçmiş Sovet İttifaqı ölkəsi olan Belarus və Rusiya arasında qarşıdurmanın qızışması Qərb və ABŞ üçün daha əlverişli olardı. Ona görə də, regionda daha bir keçmiş sovet dövlətlərinin müharibəyə sövq edilməsi əməliyyatı qaçımazdır...


Müəllif: Ülkər Musazadə
03:29 01.02.2015
Xəbər lenti
Bütün xəbərlər