KANAL24.AZ
Az Iw En Ru

Konstantin Kovalyov: “Gümridə baş vermiş hadisənin siyasi oyunun bir hissəsi olmasını istisna etmək olmaz”

“Mən inanmıram ki, Gümridəki hadisə əvvəlcədən düşünülmüş və planlaşdırılmış olsun”.

Bunu Kanal24-ə açıqlamasında Rusiyalı politoloq Konstantin Kovalyov Serj Sarkisyan hakimiyyətinin devrilməsinin qarşısını almaq məqsədi ilə Gümri hadisəsinin ermənilər tərəfindən törədilməsi ehtimalından danışarkən deyib. Onun sözlərinə görə, həmin təqsirkar hərbçi Premyakovun üzünə baxdıqda bunu görmək mümkündür: “Məsələ ondan ibarətdir ki, bu hadisənin törədilməsinə kimlər yol verib? Nə üçün bu cür xəstə təxəyyüllü insanların hərbidə xidmət etməsinə yol verilir? Hesab edirəm ki, baş verən hadisə Rusiya xalqının soyqrımının heyfini çıxmaq düşüncəsi bu cür “premyakovlar”ın meydana çıxmasına səbəb olur. Həmin insanlar sadis və xəstə psixikaya malikdir. Lakin qeyd edim ki, Gümridə baş vermiş hadisənin siyasi oyunun bir hissəsi olmasıda istisna etmək olmaz”.


Müəllif: Ülkər Musazadə
01:36 31.01.2015
Xəbər lenti
Bütün xəbərlər