KANAL24.AZ
Az Iw En Ru

“Sədəqallahül-əliyyül-əzim” sözünün mənası nədir?

Quran oxuyub qurtarandan sonra deyilən "Sədəqallahül-əliyyül-əzim" sözünün mənası nədir?

Bu cümlənin ərəb dilindən tərcüməsi belədir: "Çox uca və çox əzəmətli Allah doğru buyurdu". Adətən, bu cümləni Quran ayələrini və surələrini oxuduqdan sonra söyləyirlər. Bəzi cahil insanlar iddia edirlər ki, guya şiələr bununla İmam Əlini Allaha şərik qoşur və ikisinin adını yanaşı çəkirlər. Halbuki, cümlədəki "əliyy" sözü Allahın gözəl adlarından (əsmaül-hüsna) biridir. Qurani-kərimin də bəzi ayələrində "əliyy" və "əzim" adları yanaşı olaraq Allahın barəsində işlədilir. Məsələn, məşhur ayətəl-kürsi bu ifadə ilə bitir: "və huvəl-əliyyül-əzim", yəni "və O (Allah), çox uca və çox əzəmətlidir" (Bəqərə, 255).


03:56 03.02.2017
Xəbər lenti
Bütün xəbərlər