KANAL24.AZ
Az Iw En Ru

ABŞ-ın yeni dövlət katibinin adı məlum oldu

ABŞ Senatı Reks Tillersonun dövlət katibi postuna namizədliyini təsdiqləyib.

Müvafiq qərar ABŞ Konqresinin Senatında səs çoxluğu ilə qəbul olunub.

Nəşr qeyd edir ki, səsvərmə zamanı respublikaçıların hamısı Tillersonu dəstəkləyib, əksər demokratlar isə onun əleyhinə səs verib.

Qeyd edək ki, “ExxonMobil” şirkətinin keçmiş rəhbəri Reks Tillersonun dövlət katibi postuna namizədliyini ölkə prezidenti Donald Tramp irəli sürmüşdü.


15:39 02.02.2017
Xəbər lenti
Bütün xəbərlər