KANAL24.AZ
Az Iw En Ru

Vaxtından əvvəl səsvermə başladı

Bu gün Türkmənistanda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayır.

Səsvermə fevralın 11-dək davam edəcək.
 
On gün ərzində seçki məntəqələri yerli vaxtla səhər saat 08.00-dan 18.00-dək fəaliyyət göstərəcək.
 
Qanunvericiliyə uyğun olaraq, əsas səsvermə günü, fevralın 12-də müxtəlif səbəblərdən səs verə bilməyən vətəndaşlar bu hüquqdan istifadə edə biləcək. Seçkilərə əlaqədar ümumilikdə 2578  seçki məntəqəsi fəaliyyət göstərəcək.
 
Xatırladaq ki, prezident postuna hazırkı dövlət başçısı Qurbanqulı Berdiməhəmmədov daxil olmaqla, 9 nəfərin namizədliyi irəli sürülüb.


15:30 02.02.2017
Xəbər lenti
Bütün xəbərlər