KANAL24.AZ
Az Iw En Ru

Meksikada 6 nəfərin meyiti tapılıb

Meksikanın Qerrero ştatında, Moçitlan və Laqunilyas şəhərləri arasında yolda 6 nəfərin meyiti tapılıb.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, meyitlərin üzərində güllə yaraları aşkar edilib.
 
Faktla bağlı polis araşdırma aparır.
 
Qerrero ştatı Meksikada ən təhlükəli bölgələrdən biri kimi tanınır. Burada narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında vaxtaşırı silahlı münaqişələr baş verir.


06:35 02.02.2017
Xəbər lenti
Bütün xəbərlər