KANAL24.AZ
Az Iw En Ru

Antoniu Quterreş Trampın miqrasiya fərmanlarına qarşı çıxıb

BMT baş katibi Antoniu Quterreş ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanlarını tənqid edib.

Reuters agentlliyinin verdiyi xəbərə görə, o,  ABŞ-da tətbiq edilən son məhdudiyyətlərin terrorçulardan müdafiə üçün kifayət etmədiyini vurğulayıb.
 
"Fərmanlar dini diskriminasiya xarakteri daşıyır, müasir cəmiyyətin prinsipləri və dəyərlərinə ziddir. Bu fərmanlar ləğv edilməlidir. Nə qədər tez, o qədər yaxşı", deyə Antoniu Quterreş bildirib.
 
Qeyd edək ki,  D.Tramp ötən həftə  İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.


05:53 02.02.2017
Xəbər lenti
Bütün xəbərlər