KANAL24.AZ
Az Iw En Ru

"Güllələnən" Bəşər Əsədin videosu yayıldı

İki gün öncə Avropa və Ərəb mətbuatı Suriya prezidenti Bəşər Əsədin öldürüldüyü iddia edirdi. Səudiyyə Ərəbistanında nəşr olunan "İkaz" qəzeti Bəşər Əsədin beynindəki şiş səbəbindən xəstəxanada yatdığını, Rusiya və Suriyadan olan həkim heyətin nəzarətində müalicə olunduğunu yazırdı. Livanlı jurnalist Əl Müstəqbəl də oxşar iddialarla Əsədin Dəməşqdəki səhiyyə mərkəzlərindən birində müalicə edildiyini iddia edirdi.
 
Fransaın "Le Point" qəzeti isə iddia edirdi ki, Bəşər Əsəd güllələnib. "Le Point"Suriya prezidentinin öz cangüdəni tərəfindən güllə ilə vurulduğunu yazırdı. 
Bu gün Suriya prezidenti Bəşər Əsədin yeni videsu yayılıb. Videodan görünür ki, Bəşər Əsəd sağsalamatdır və olduqca gümrahdır. 
 

 

 

05:46 02.02.2017
Xəbər lenti
Bütün xəbərlər