KANAL24.AZ
Az Iw En Ru

Müsəlmanlara qarşı ŞOK ADDIM: Qandallarla gəzəcəklər

Almaniya hökuməti potensial cinayətkarlara qarşı ölçülərin sərtləşdirilməsi üzrə təklifləri bəyənib.

“Deutsche Welle” nəşri xəbər verir ki, təkliflər Berlində Milad bazarına hücumdan sonra gündəmə gəlib.

Xüsusi halda, hökumət potensial cinayətkarlar üçün “elektron qandallar”ın tətbiqini qanuniləşdirib. Bununla da terror aktlarına hazırlıqda şübhəli bilinən radikal müsəlmanların hərəkət marşrutlarını izləmək olacaq.

Xatırladaq ki, Almaniya paytaxtında terror aktı 2016-cı il dekabrın 19-da törədilib. Yük maşını Berlinin mərkəzindəki Milad bazarını girib. Hadisə nəticəsində 12 nəfər həlak olub, 48-i yaralanıb.

Terror aktına görə, məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.


05:10 02.02.2017
Xəbər lenti
Bütün xəbərlər