KANAL24.AZ
Az Iw En Ru

Tramp CNN-ə boykot elan etdi

ABŞ prezidenti Donald Tramp CNN telekanalına boykot elan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra CNN tamaşaçıları Ağ Ev nümayəndələrini canlı yayımda görə bilməyəcəklər.

Ağ Evdən bildirilib ki, onlar öz nümayəndələrini ancaq gündəlikdə duran məsələləri təşviq edə biləcəkləri telekanallara göndərəcəklər:

“Kanal əməkdaşlarının (CNN) nəyisə düzgün qəbul etmək niyyətləri yoxdur”.

Lakin boykotda CNN müxbirləri ilə ünsiyyətə qadağa qoyulması qeyd edilmir.

Qeyd edək ki, daha əvvəl prezident Tramp çıxış edərək CNN-i “dəhşətli” və yalan məlumat yayan kanal kimi xarakterizə etmişdi.


19:21 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər