KANAL24.AZ
Az Iw En Ru

Putinin “dost”una XƏBƏRDARLIQ: “Əlimizdə sənədlər var”

Məşhur “WikiLeaks” saytının arxivlərində Fransa prezidentliyinə namizəd, “Milli Cəbhə” Partiyasının lideri Marin Le Penlə bağlı 1,1 mindən çox sənəd var.

Bu haqda saytın “Tvitter” səhifəsində deyilir.

“WikiLeaks”dən həmçinin bildirilib ki, saytın arxivlərində Fransa prezidentliyinə digər namizəd, keçmiş baş nazir Fransua Fiyona aid 3,6 min sənəd var.

İctimai rəy sorğularına əsasən, “Milli Cəbhə”nin lideri aprelin 23-də keçiriləcək prezident seçkilərinin ilk turunda qalib gələ bilər. Amma Marin Le Penin mayın 7-də keçiriləcək ikinci turda Fransua Fiyon və ya keçmiş iqtisadiyyat naziri Emmanuel Makrona məğlub olacağı ehtimal edilir.

“Milli Cəbhə”nin lideri KİV-də Rusiya prezidenti Vladimir Putinin “dostu” adlandırılır. Siyasətçi prezident seçiləcəyi halda Krımı Rusiyanın hissəsi kimi tanıyacağına söz verib.

Qeyd edək ki, son günlər Fransada prezidentliyə əsas namizəd sayılan Fransua Fiyonun başı qalmaqaldan ayrılmır. İddiaya görə, Fiyon vaxtilə millət vəkili olanda öz xanımını köməkçi kimi işə götürüb. Media iddia edir ki, o, işləməyə-işləməyə 600 min avro maaş alıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Dünən isə Fransa polisi cinayət işi çərçivəsində parlamentə axtarışlar həyata keçirib. Bu hadisənin keçmiş baş nazirin reytinqinə təsir etdiyi deyilir.


18:29 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər