KANAL24.AZ
Az Iw En Ru

İŞİD Türkiyədə ikinci “11 sentyabr”a hazırlaşır: Kəşfiyyatdan HƏYƏCAN TƏBİLİ - VİDEO

Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatı (MİT) ölkədə çalışan 850 xarici pilotu araşdırmağa başlayıb.

Türkiyə mediası xəbər verir ki, onların İŞİD terror təşkilatı ilə əlaqəsinin olma ehtimalını nəzərə alan MİT ikinci “11 sentyabr” faciəsinin yaşanmasına yol verməməyə çalışır.

Türk Hava Yolları şirkəti başda olmaqla, son illərdə xeyli inkişaf edən Türkiyənin aviaşirkətləri eyni zamanda, pilot çatışmazlığı yaşayır. Aviaşirkətlər bu problemi həll etmək üçün xarici pilotların xidmətindən istifadə edir. Hazırda Türkiyədə təxminən 850 pilot çalışır. Onlardan təxminən 700-ü Türk Hava Yolları şirkətindədir.

Türkiyə mediasının yazdığına görə, MİT aviaşirkətlərdən xarici pilotların siyahısını tələb edib. MİT xüsusilə türk respublikalarından gələn xarici pilotları araşdırmağa başlayıb. Buna Yeni il gecəsi İstanbulda “Reina” klubunda 39 nəfəri öldürən terrorçu Abdülkadir Maşaripovun özbək əslli olması təsir edib.

Qeyd edək ki, “Əl-Qaidə” terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları törədib. Ən böyük hücum Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə olub. "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi ticarət mərkəzinə çırpılıb. Terror aktı 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.


18:05 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər