KANAL24.AZ
Az Iw En Ru

Piydən olan görmə aparatı – Uca Allahın möcüzəsi

İnsan bədəninin hər bir üzvü Allahın bir möcüzəsidir. O cümlədən göz də bu üzvlərdən biridir. Allah göz üçün bir neçə mühafiz qərar vermişdir. Onun yerini sümükdən olan bir çuxurda qərar vermişdir və gözü piydən yaratmışdır. Piyin xarab olmaması üçün duzlu suda qərar tutmalıdır. Ona görə də Allah göz yaşını duzlu qərar vermişdir ki, gözü xarab olmaqdan qorusun. Kipriklər, göz qapaqları gözün örtüyüdürlər. Qaşlar və alında olan qırışıqlar tərin gözə düşməsinə mane olar. (Həvzəh)

Göz, gecə və gündüz ərzində milyonlarla rəngi görə bilir. Halbuki, xüsusi bir lentə ehtiyacı yoxdur. Piydən yaranmış bu görmə aparatı onillər boyunca şəkil çəkər və yorulmaz. Məgər bunlar İlahi möcüzənin nişanələri deyildirmi?
Göz insanın daxili hisslərini büruzə verər. İnsanın qəzəbli, şad və ya təəccüblü halını gözündən oxumaq olar.
Göz, insanın xarici aləmlə rabitə yaratmaq vasitəsidir. İnsan gözü vasitəsilə başqa insanlarla elmi, ictimai rabitələr yarada bilər.
Bəlkə insanın iki gözə malik olması ona görədir ki, əşyaları kamilən görmək, məsafələri təyin etmək bir gözlə mümkün deyildir.
Göz, insanların gözəlliklərini büruzə verən üzvdür. İnsanları gözləri ilə tanımaq olur. Əgər insanların ağızlarını və ya qulaqlarını bağlasalar, ancaq gözləri açıq qalsa, həmin insanı tanımaq olar. Halbuki ancaq gözü bağlasalar, insanı tanımaq çətindir.
Göz, başqalarının nüfuz etdiyi bir qapıdır. Şagirdlə müəllimi ayırd etmək üçün onun gözünə baxmaq kifayətdir.
Bəli, göz həqiqətən də bir möcüzədir.


04:19 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər