KANAL24.AZ
Az Iw En Ru

Təyyarənin “burnu”nda 200 minlik kokain tapıldı

ABŞ-a məxsus “American Airlines” təyyarəsindən narkotik tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Oklahama ştatının Talsa şəhərində qeydə alınıb. Məlumata görə, Kolumbiyadan gələn təyyarə təmir bazasında yoxlanan zaman burun hissəsindən 14 kq kokain aşkar edilib. Bildirilir ki, tapılan yeddi paket narkotikin dəyəri küçə bazarlarında təxminən 200 min dollar təşkil edir.


20:35 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər