KANAL24.AZ
Az Iw En Ru

ABŞ nüvə müharibəsinə başlayır - QORXUNC PLAN

ABŞ Silahlı qüvvələrinin strateji komandanlığının, həmçinin kəşfiyyat qurumlarının Rusiya və Çinin dövlət strukturlarının nüvə zərbəsindən sonra yaşamaq qabiliyyətini tədqiq etməsi müharibə riskini artırır.

Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş əməkdaşı və raket texnikası üzrə ekspert Teodor Postol deyib.

“Bloomberg” agentliyinin yazdığına görə, tədqiqat hər iki əsas partiyanın təşəbbüsü ilə Konqres tərəfindən sifariş edilib. Tədqiqata ABŞ-ın Milli kəşfiyyat direktorunun dəftərxanası və Strateji Komandanlıq Qərargahı (US Strategic Command) nəzarət edir. İcraçılar nüvə zərbəsindən sonra Rusiya və Çin rəhbərliyinin sağ qalmaq qabiliyyətini qiymətləndirərək məruzə hazılamalıdır.

“ABŞ Konqresinin sifarişi Rusiya və Çinin siyasi rəhbərliyinin ən pis qorxularını təsdiq edir. Bu, ABŞ-ın müvəffəqiyyətli hücuma təşəbbüs göstərəcəyi halda, Rusiya və Çini nüvə güclərini işə salmaq üçün hazırlaşmağa məcbur edir. ABŞ-da nüvə müharibəsinin aparılması vasitələrinin müzakirəsi Moskvanı və Pekini təşvişə sala bilər. Rusiya və Çin hakimiyyəti Konqresin bu sorğusunu belə izah edə bilər ki, ABŞ qələbə üçün nüvə müharibəsi variantını nəzərdən keçirir”, - deyə Pentaqonun keçmiş əməkdaşı bildirib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, strateji nüvə silahları üzrə paritetin pozulması cəhdləri son dərəcə təhlükəlidir və bu, qlobal problemlərə gətirib çıxara bilər.


19:59 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər