KANAL24.AZ
Az Iw En Ru

Donbasda şiddətli döyüşlər gedir – VİDEO

Ukraynanın Donetsk vilayətinin Avdeyevka qəsəbəsinin ətrafında hökumət qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedir.

UNİAN agentliyi xəbər verir ki, bu haqda Ukrayna ordusunun 72-ci qvardiyasından bildirilib.

Məlumata görə, separatçılar “Qrad” reaktiv yaylım atəş sistemləri ilə Avdeyevka istiqamətində 160 raket mərmisi atıblar.

Anti-terror əməliyyatları qərargahından verilən məlumatına görə, separatçılar yanvarın 29-dan Avdeyevka ərazisində Ukrayna ordusunun mövqelərinə dəfələrlə hücum etməyə çalışıblar. Rəqibin böyük itkilər verərək geri çəkilməyə məcbur edildiyi bildirilir. Kəşfiyyat məlumatına görə, anti-terror gücləri dünən Avdeyevka sənaye ərazisində 15 separatçını məhv edib, 24-nü yaralayıb. Eyni zamanda döyüş zonasında ötən gün 5 Ukrayna hərbiçisi həlak olub, 9-u yaralanıb.

Donetsk vilayəti hərbi-vətəndaş administrasiyasının başçısı Pavel Jebrivskinin “Facebook”da yazdığına görə, hazırda döyüşlər davam edir. O, bir neçə döyüşçünün, həmçinin “Konsul” ləqəbli terrorçunun öldürüldüyünü bildirib.

Xatırladaq ki, dünən Ukrayna ordusunun 72-ci qvardiyası rəqibin 100-dən çox itki verdiyini açıqlayıb. Onlardan təxminən 60 nəfərinin Rusiya hərbi qulluqçusu olduğu bildirilir.

“Təsdiq edilmiş məlumatlara görə, intensiv döyüşlərin iki günü ərzində rəqibin itkisi 100 nəfərdən çox olub. Təxminən 60 rus hərbi qulluqçusunun bədəni Donetsk şəhərinin Kalinin rayonundakı meyitxanadadır”, - xəbərdə deyilir.


19:29 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər