KANAL24.AZ
Az Iw En Ru

DƏHŞƏT:15 il itləri öldürüb yedi, qanlarında çimdi - şok kadrlar - FOTO

Ukraynanın Nikolayev şəhərində "Heyvanların Müdafiəsi Mərkəzi"nin volontyorları 15 ildən bəri itləri öldürərək onların əti ilə qidalanan manyakı aşkarlayıblar.

Bu şəxs şəhərin Kazarski küçəsində yaşayırdı.

UNİAN bildirir ki, Dmitri adlı bu şəxs qonşuların sürəkli şikayətindən sonra aşkarlanıb.

Daha doğrusu, qonşular 2002-ci ildən bəri şikayətlənirdilər. Ötən ay həmin adam qonşularından birinin taksa cinsli itini oğurlayaraq başını kəsib, şaqqalamağa hazırlaşırdı.

Hadisə yerinə yollanmış polis əməkdaşlarını Dmitri mənzilə buraxmayıb. Binanın yaxınlığında Dmitrinin sahəsində isə kəsif leş qoxusu vardı.

Polislər "bağ" sayılan həmin sahəyə girəndə şaqqalanmış, iylənmiş it leşlərini görüblər.

"Bağ"da 3 böyük it və 2 küçük vardı. Həmin heyvanlar sığınacağa aparılıb.

Qonşuların dediklərinə görə, Dmitri itləri öldürüb yeməklə kifayətlənməyib. O, mütəmadi olaraq itlərin başlarını kəsir, heyvanların qanında çimirmiş.

Taksa isə ölümdən xilas edilib.


19:09 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər