KANAL24.AZ
Az Iw En Ru

Trampdan yeni təyinatlar:Kim hansı postda oturacaq

ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Con Kelli bildirib ki, ölkə prezidenti Donald Tramp Tomas Homanı ölkənin miqrasiya və gömrük polisinin direktorunun səlahiyyətlərinin icraçısı təyin edib.

Qeyd edilir ki, Homan 30 ildən artıq miqrasiya polisində çalışıb. 2013-cu ildən etibarən o, ERO idarəsinin direktorunun icraçı müavini vəzifəsində çalışaraq qanunsuz mühacirlərin aşkar edilməsi, həbsi və deportasiyası ilə məşğul olub. 

Yanvarın 25-də Donald Tramp ABŞ sərhədlərinin mühafizəsi, eləcə də miqrasiya haqqında fərman imzalayıb. 


18:43 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər