KANAL24.AZ
Az Iw En Ru

“Rusiyanın 60 hərbi qulluqçusunun cəsədi meyitxanadadır” - ŞOK İDDİA

Ukraynanın şərqində intensiv döyüşlərin getdiyi iki günü ərzində öldürülmüş döyüşçülərin sayı məlum olub.

 Ukrayna KİV-i xəbər verir ki, Ukrayna ordusunun 72-ci qvardiyası rəqibin 100-dən çox itki verdiyini bildirib.

Onlardan təxminən 60 nəfərinin Rusiya hərbi qulluqçusu olduğu bildirilir.

“Təsdiq edilmiş məlumatlara görə, intensiv döyüşlərin iki günü ərzində rəqibin itkisi 100 nəfərdən çox olub. Təxminən 60 rus hərbi qulluqçusunun bədəni Donetsk şəhərinin Kalinin rayonundakı meyitxanadadır”, - xəbərdə deyilir.

Qeyd edək ki, son iki gün ərzində Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. Ukrayna anti-terror əməliyyatları qərargahı ötən gün ərzində 5 Ukrayna hərbçisinin həlak olduğunu, 9-nun yaralandığını açıqlayıb. Ən gərgin vəziyyət Avdeyevka şəhəri yaxınlığında qeydə alınıb. Ukrayna hərbçiləri ilə separatçılar arasındakı döyüşdə 4 Ukrayna hərbçisi həlak olub, 5 nəfər yaralanıb.


17:03 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər