KANAL24.AZ
Az Iw En Ru

Bir ailənin 4 üzvü YANARAQ ÖLDÜ

Rusiyada bir ailənin 4 üzvü yanğında həlak olub.

Bu barədə "TASS" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə İrkutsk vilayətində, Ust-Ordınsk qəsəbəsində, yerli vaxtla saat 03:50-də baş verib. Belə ki, hadisənin baş verdiyi əraziyə gələn yanğnsöndürənlər 45 yaşlı kişinin, 40 yaşlı qadının və onların 17 yaşlı qızının, habelə 7 yaşlı oğlunun cəsədlərini aşkarlayıblar.

Hadisə yerində həmçinin 2 nəfər – 16 yaşlı və 7 aylıq qız xilas edilib.

Faktla bağlı təhqiqat aparılır.


15:59 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər