KANAL24.AZ
Az Iw En Ru

Mourinyo Çindən imtina etdi

Çin klubların biri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyoya təklif göndərib.

Britaniya mətbuatına istinadən verdiyimiz xəbərə görə, ancaq portuqaliyalı mütəxəssis yüksək məbləğli təklifi müsbət cavablandırmayıb.

Məlumatı J.Mourinyonun özü də təsdiqləyib. Həmin klubun adını açıqlamaq istəməyən təcrübəli baş məşqçi Çində işləmək üçün hələ tez olduğunu bildirib.

Qeyd edək ki, J.Mourinyo bu ilin yayından "MY"nı çalışdırır.


04:55 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər