KANAL24.AZ
Az Iw En Ru

Estoniyada NATO qüvvələri yerləşdiriləcək - VAXTI AÇIQLANDI

NATO qüvvələri Estoniyada may ayında yerləşdiriləcək. 

TASS agentliyinə istinadən verdiyimiz xəbərə görə, bunu Estoniyanın baş naziri Yuri Ratas bildirib.
 
"Çox güman ki, bu NATO-nun Estoniyada mayda nəzərdə tutduğu təlim zamanı baş verəcək", - deyə Y.Ratas qeyd edib.
 
O əlavə edib ki, Estoniya bununla bağlı müdafiə xərclərini artırmaq niyyətindədir. 2017-ci ilin büdcəsində hərbi xərclərin ÜDM-un 2,17%-i təşkil edəcəyi planlaşdırılır.
 
Qeyd edək ki, ötən il Varşavada keçirilən NATO sammitində 2017-ci ildə Latviya, Litva, Estoniya və Polşada NATO qüvvələrinin yerləşdirilməsinə dair qərar qəbul olunub.


04:38 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər