KANAL24.AZ
Az Iw En Ru

ABŞ-da sərxoş sürücü 9 nəfəri vurub

ABŞ-ın Kentukki ştatında ağır yol qəzası baş verib.

RİA Novosti agentliyinə istinadən verdiyimiz xəbərə görə, insident Luisvill şəhərində qeydə alınıb.
 
Sərxoş sürücü avtomobil dayanacağında 9 piyadanı vurub. Hadisə nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 7-si xəstəxanaya yerləşdirilib. Yaralıların həyatlarına təhlükə olmadığı bildirilir.
 
Sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 


04:27 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər