KANAL24.AZ
Az Iw En Ru

Hovuzda 22 nəfər xlordan ZƏHƏRLƏNDİ

Almaniyanın Lorrar şəhərində qapalı hovuzda 22 nəfər xlordan zəhərlənib.

"RİA Novosti"yə istinadən xəbər veririk ki, hovuzda məktəblilər məşğul olurlarmış. Uşaqlar nəfəs almanın çətinləşdiyi və gözlərinin yaşardığı barədə şikayət ediblər.

Polisin məlumatına görə, 17 şagird, 4 müəllim xəstəxanaya yerləşdirilib.

Hovuza xlorun sızmasının səbəbləri araşdırılır.


03:57 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər