KANAL24.AZ
Az Iw En Ru

Qırxayağa görə reys ləngiyib

Omanın paytaxtı Maskatdan Londona uçan "Oman Air" aviaşirkətinə məxsus təyyarə ləngiyib.

"Khaleej Times"a istinadən xəbər veririk ki, təyyarənin ləngiməsinə səbəb eniş zamanı sərnişinlərdən birini qırxayağın sancması olub.

Təhlükəli həşərat isə həmin sərnişinin pencəyinin cibində olub. Dərhal həmin şəxsə tibbi yardım göstərilib və ailəsinin müşayiəti ilə müalicəyə göndərilib.

Qırxayağın təyyarədə uçan sərnişinin cibinə necə düşdüyü isə məlum deyil.


03:33 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər