KANAL24.AZ
Az Iw En Ru

Türkiyə və İsrail son 6 ildə ilk siyasi məsləhətləşmə keçirirlər

Türkiyə və İsrail arasında 6 ildən sonra ilk siyasi məsləhətləşmə keçiriləcək.

"Anadolu" agentliyinə istinadən xəbər veririk ki, məsləhətləşmə fevralın 1-də Ankarada keçiriləcək.

Hər iki ölkə qarşılıqlı əlaqələri və səfərləri maksimum şəkildə normallaşdırmağa çalışır.

Bu həftə Türkiyə hökumətinin nazirlərindən birinin də İsrailə səfəri gözlənilir.

Qeyd edək ki, 2010-cu ildə "Mavi Mərmərə" hadisəsindən sonra korlanan Türkiyə-İsrail əlaqələri 2016-cı ilin iyulunda münasibətlərin normallaşdırılması ilə bağlı imzalanan razılıqdan sonra yenidən yaxşılaşmağa başlayıb.


03:15 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər