KANAL24.AZ
Az Iw En Ru

Corc Maykl hələ də dəfn olunmayıb

Britaniyalı müğənni Corc Maykl dekabr ayının 25-i vəfat etsə də, hələ də basdırılmayıb.

Xarici KİV-ə istinadən xəbər veririk ki, hələ də ifaçının ölüm səbəbi araşdırılır. 

Həkimlər C.Mayklın ölümündən əvvəl hər hansı bir dərman qəbul edib-etmədiyini araşdırırlar. Lakin toksikoloji testlərin cavabı hələ ki, bəlli deyil.

İfaçının cəsədi yalnız bütün tibbi testlər yekunlaşdıqdan sonra doğmalarına təhvil verəcək.

Müğənni anasının yanında dəfn olunacaq.


02:55 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər