KANAL24.AZ
Az Iw En Ru

21 nəfəri təyyarədən endirdilər

ABŞ-a səfərləri qadağan edilən dövlətlərdən olan sərnişinlər Fransada "France Air" hava şirkətinə məxsus təyyarənin göyərtəsindən düşürülüblər.

TASS-a istinadən xəbər veririk ki, bu gün belə sərnişinlərin sayı 21-ə çatıb.
Şirkət bu addımı beynəlxalq öhdəliyə uyğun olaraq atdığını bildirib.

RİA "Novosti"nin məlumatına görə, Vaşinqtnonun Berlindəki səfirliyi İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ-a viza ilə bağlı sənədləri müvəqqəti olaraq təqdim etməkdən çəkinməyə çağırıb.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donlad Trampın yanvarın 27-də imzaladığı sənədə əsasən, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmayacaqlar. 


02:49 31.01.2017
Xəbər lenti
Bütün xəbərlər