KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda zəvvarlar qəzaya düşdü – Ölənlər var

Biləsuvarda sərnişin avtobusu aşıb, 3 nəfər ölüb. 

 

Kanal24.az FHN-in saytına istinadən xəbər verir ki, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə olan 33 nəfər sərnişini çıxaıblar. Qəzaya düşənlərin 3 nəfəri (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar.

Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər. Əməliyyat saat 07:30-da başa çatıb.

Anspress-in məlumatına görə, qəzaya düşənlər zəvvarlar olub. Onlar Məşhəd şəhərinə gedirmişlər. İlkin ehtimala görə, qəzaya sürücünün yatması səbəb olub. 

 


17:59 13.10.2014
Xəbər lenti
Bütün xəbərlər