KANAL24.AZ
Az Iw En Ru

Millət vəkilinə arxalanan xəstəxana rəhbəri tibb bacılarını zorlayır

"Həyat yoldaşım bilməsin deyə şikayət etmirəm".

Bunu Diyarbakır Xalq Səhiyyə İdarəsində F.M.A. adlı bir qadın işçi müdirin ona və digər qadın işçilərə təcavüz etdiyi haqda danışarkən deyib.

Ailəli və 3 uşaq anası olan qadın yaşadıqlarını göz yaşları içərisində İHA-ya açıqlayaraq, əlaqədar təşkilatların hərəkətə keçməsini istəyib. Həyat yoldaşının vəziyyəti öyrənməməsi üçün adının yazılmasını istəməyən qadın: "Mən və bir neçə qadın işçi davamlı olaraq müdirin təcavüzünə məruz qalırıq. Bir dəfə otağının qapısını bağladı, içəridən güclə çıxdım", - deyib.

"Bir qadın iş üçün müraciət etdi. Bir gecəni onunla keçirəcəyi təqdirdə ona iş verəcəyini dedi. Tez-tez bizi təhqir edir. Bəzi işçilər qorxudan səslərini çıxarmırlar. O hər kəsi arxasında bir millət vəkilinin olduğu ilə hədələyir. Buna görə heç kəs şikayət edə bilmir. Böyük bir çarəsizlik içindəyik. Ötən il bir iş yoldaşım onun bu cür hərəkətinə görə şikayət etdi. Hələ də məhkəmələrdədir. Tək istədiyimiz əlaqədar təşkilatlardan müfəttişlər gəlib buradakı qadın işçilərin fikirlərini öyrənsinlər. Yalnız bu halda burada yaşanan cinayətin üstü açıla bilər", - qadın bildirib.

Xalq Səhiyyə İdarəsinin rəhbəri isə F.M.A.-nın iddialarını təkzib edərək: "Əvvəl onsuz da müfəttişlər gəlib və ən azı 20 qadınla görüşüblər. Heç bir şey ortaya çıxmadı. Hər hansı bir qadınla münasibətim olmayıb. Mənim də həyat yoldaşım var, mənim də qızım var. Heç kimi təhdid də etmədim, söymədim, təhqir etmədim", - deyib


22:53 30.01.2017
Xəbər lenti
Bütün xəbərlər