KANAL24.AZ
Az Iw En Ru

Meksika ABŞ məhsullarını baykot edəcək

ABŞ Prezidenti Donald Tramp Meksika sərhədində divar inşa edilməsi haqqında sərəncamı təsdiq etdikdən sonra, Meksikada ABŞ mənşəli mallar və xidmətlər boykot ediləcək.

BBC-yə istinadən xəbər veririk, artıq "Twitter" və digər sosial şəbəkələrdə #AdiosProductosGringos haşteqi ilə bu cür çağırışlara start verilib.

Sosial şəbəkələrdə meksikalıları "McDonald's", "Walmart", "Coca-Cola" və digər ABŞ şirkətlərindən imtina etməyə çağırıblar.

Artıq ABŞ "Starbucks" qəhvəxanalar şəbəkəsi bu etiraza öz münasibətini bildirib. "Starbucks" Meksika iqtisadiyyatına 7 milyon dollar yatıraraq 7 min iş yeri açdığını xatırladıb.

Yeni seçilmiş prezident Trampın ABŞ-Meksika sərhədində divar inşa edilməsi haqqında təşəbbüsü iki ölkə arasında diplomatik qalmaqala səbəb olub.

Meksika Prezidenti Enrike Penya 25 yanvarda Donald Trampın sözügedən sərəncamı imzaladıqdan sonra, ABŞ-a planlaşdırılmış səfərinə imkan verməyib.


16:43 30.01.2017