Kanadada məsciddə silahlı insident baş verib.
Reuters agentliyinin verdiyi xəbərə görə, hadisə Kvebek şəhərində qeydə alınıb.
İlkin məlumata əsasən, üç silahlının açdığı atəş nəticəsində 5 nəfər ölüb.
Hadisə baş verdikdə məsciddə 40-a yaxın dindar olub. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.