KANAL24.AZ
Az Iw En Ru

Böyrəyini və qaraciyərini övladına verən ANA - FOTO

İrlandiyada ana övladının həyatını xilas etmək üçün iki orqanından imtina edib.

Sara Lamont anadangəlmə böyrək və qaraciyər xəstəliyinə tutulan oğlunu qurtarmaq üçün əsl qəhrəmanlıq nümayiş etdirib. O, 4 yaşlı Conun yaşaması üçün bir böyrəyini və qaraciyərinin bir hissəsini ona bağışlamaq üçün bir saniyə belə düşünməyib.

Anadangəlmə bu iki xəstəlikdən əziyyət çəkən Co dializ aparatına bağlı halda yaşayırmış. 1 ildən çox böyrək nəqli növbəsinə dayanan uşağın növbəsinin nə vaxt çatacağı da məlum deyilmiş.
Həftədə 3 dəfə dializə getmək məcburiyyətində qalan Co yaşıdları kimi qaçıb oynaya bilmirdi.


06:03 30.01.2017
Xəbər lenti
Bütün xəbərlər