KANAL24.AZ
Az Iw En Ru

İspaniyada ər və arvad qızları ilə birlikdə yüzlərlə kiloqram paltar altında həlak olub

İspaniyanın Alikante şəhərində ər-arvad və 12 yaşlı qızları üstlərinə yüzlərlə kiloqram paltar düşəndən sonra həlak olub. 

 «La Vanguardia» qəzeti xəbər verir ki, bu ailənin üzvləri Diogen sindromundan – əsas göstəriciləri köhnə şeylər yığmaq, özlərinə saymazyana münasibət, sosial təcridçilik, apatiya olan psixi xəstəlikdən əziyyət çəkirmişlər.

Gecə ər-arvadın və qızlarının üstünə tavana qədər paltar doldurulmuş rəflər düşüb. 

Onları yalnız gündüz, bütün gecəni internetdə olmuş və gündüz saat ikiyə yaxın oyanmış 18 yaşlı qızları tapıb. O, otaqdan çıxmaq istəyəndə qapı bağlı olub. Nəticədə, o güclə qonşu otağa keçə bilib. O, cır-cındırı kənara çəkməyə başlayıb və bacısının əlini görüb. Qız dayısı ilə əlaqə yaradıb, o isə polis çağırıb. Qonşular deyir ki, gecə heç bir səs eşitməyiblər.

49 və 50 yaşında olan ər-arvad Mərakeşli İspaniya təbəələri idi. 


04:33 30.01.2017
Xəbər lenti
Bütün xəbərlər