KANAL24.AZ
Az Iw En Ru

"Tramp İngiltərəyə gəlməsin"

ABŞ prezidenti Donald Trampın 7 ölkəyə qoyduğu viza qadağasına İngiltərədən reaksiya gəlib.

"BBC"-i xəbər verir ki, İngiltərə Leyboristlər Partiyasının lideri Ceremi Korbinmüsəlmanlara qoyulan qadağa qaldırılanadək Trampın İngiltərəyə buraxılmamasını  istəyib. C.Korbin İngiltərənin baş naziri Tereza Meyə səslənərək, Trampı dəstəkləməməsini tələb edib.

Partiya lideri deyib: "Tramp haqları və azadlıqları qoruyacağını sübut edənə qədər İngiltərəyə çağırılmasın".


02:01 30.01.2017
Xəbər lenti
Bütün xəbərlər