KANAL24.AZ
Az Iw En Ru

Trampı tənqid edənlər sırasına Fransa da qoşuldu

Fransa xarici işlər naziri Jan-Mark Eyro ABŞ prezidenti Donald Trampı miqrasiya siyasətini sərtləşdirməsi ilə əlaqədar tənqid edib.

Fransa xarici işlər naziri deyib ki, terrorizm təhlükəsi qarşısında qorxu qaçqınları yerləşdirməkdən imtina etməyə əsas ola bilməz.

Jan-Mark Eyro bildirib ki, qaçqınların qəbulu həmrəylikdən doğan borcdur: "Terrorizmin vətəndaşlığı yoxdur. Diskriminasiya cavab ola bilməz".

Xatırladaq ki, cümə günü D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqrammı 120 gün müddətində dayandırıb. Bu müddət başa çatdıqdan sonra ABŞ il ərzində sığınacaq verəcəyi miqrantların sayı 50 min nəfərdən çox olmayacaq.


01:53 30.01.2017
Xəbər lenti
Bütün xəbərlər