KANAL24.AZ
Az Iw En Ru

Trampla Putin nədən danışıblar? - BƏZİ DETALLAR

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin telefon danışığının bəzi detalları ortaya çıxıb.

Tərəflər ABŞ-ın Rusiyaya qoyduğu sanksiyalardan danışmayıblar.

Verilən məlumata görə, hər iki ölkə lideri bu mövzudan yayınmağa çalışıb. Bildirilir ki, Tramp vəzifəyə gəldikdən sonra sanksiyaların aradan qaldırılmayacağına dair açıqlama verməsə də, İŞİD-ə qarşı Rusiya ilə əməkdaşlıq ediləcəyini elan etmişdi.
Qeyd edək ki, Trampın Rusiya ilə yaxından əməkdaşlıq etməsi ABŞ rəsmiləri tərəfindən sərt qarşılanmışdı.


00:12 30.01.2017
Xəbər lenti
Bütün xəbərlər