KANAL24.AZ
Az Iw En Ru

Xınalıqda 18 dərəcə şaxta var

“Hazırda Qubanın Xınalıq kəndində 18 dərəcə şaxta müşahidə edilir”.

Bu barədə Modern.az-a kənd sakinləri məlumat verib.

Bildirilib ki, kəndə gedən yollar buz bağlayıb, gediş-gəliş məhdudlaşıb:

“İnsanlar məcbur qalmadıqca yollara çıxmır. Hazırda da qar az-az yağmada davam edir. Amma güclü şaxta var”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 26-dan etibarən ayın sonunadək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib. 


18:54 28.01.2017