KANAL24.AZ
Az Iw En Ru

Avtomobil qəzası: ər öldü, arvad xəstəxanaya yerləşdirildi

Bakıda “VAZ”la “Mercedes Benz” toqquşub, ölən və xsarət alan var.

Bakı şəhər prokurorluğundan Kanal24-ə verilən məlumata görə, oktyabrın 12-si saat 16:00-radələrində 1953-cü il təvəllüdlü Məmmədov Tahir Əzizağa oğlunun idarə etdiyi “VAZ-2104” markalı 10-UN-383 dövlət qeydiyya nişanlı avtomobil 1974-cü təvəllüdlü Rüstəmov Fərhad Bulud oğlunun idarə etdiyi “Mercedes Benz” markalı 90-EF-940 dövlət qeydiyya nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ”ın sürücüsü Tahir Məmmədov hadisə yerində ölüb, onun sərnişini - həyat yoldaşı, 1960-cı il təvəllüdlü Qəzənfərova Bilqeyis Bəyaba qızı isə xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


18:13 13.10.2014
Xəbər lenti
Bütün xəbərlər